Kopa Amerika turnirində qrup mərhələsinin ilk turunun oyunları başa çatıb.
Newsport.az-ın məlumatına görə, C qrupunda qərarlaşan Çili yığması Yaponiyanı 4:0 hesabı ilə məğlub edib.
Qrupda Çili və Uruqvay 3 xalla ilk iki pilləni bölüşür. Yaponiya və Ekvadorun xalı yoxdur.
Çili - Yaponiya - 4:0
Qollar: Erik Pulqar, 41, Eduardo Varqas, 54, 83, Aleksis Sançes, 82