"Barselona"nın prezidentindən Qrizmann açıqlaması

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transferində razılıq əldə etdikləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az saytı xəbər verir ki, "RAC 1" kanalında canlı yayıma bağlanan klub rəhbəri anlaşma olmadığını bildirib: 

"Qrizmannla indiyə kimi danışmamışıq. Ortada heç nə yoxdur. Bu günlərdə və həftələrdə transfer qiymətlərinin necə sürətlə qalxdığını görürük. Önümüzdə iyul və avqust ayı da var. Strategiyamızla bağlı qərar vermişik. B komandasının oyunçularına baxırıq və onlardan bir neçəsini əsas heyətə cəlb etməyi düşünürük. Klubumuzda bəzi ayrılıqlarla yanaşı, transferlər də olacaq".

"Atletiko"nun direktoru Migel Anxel Gil Marin Qrizmannın "Barselona"ya keçəcəyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right