"Bayer" "Ayaks"ın futbolçusunu transfer etdi

Almaniyanın "Bayer" klubu üçüncü transferini reallaşdırıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, leverkuzenlilər "Ayaks"ın sol cinah müdafiəçisi Deyli Sinkqraveni transfer edib. Bundesliqa təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün 5 milyon avrosundan keçib. Hollandiyalı oyunçu ilə 4 illik müqavilə bağlanıb.

Deyli Sinkqraven "Ayaks"a 2015-ci ildə "Herenven"dən keçmişdi.

Qeyd edək ki, "Bayer" daha öncə PSJ-dən Mussa Diabini (15 milyon avro) və "Hoffenhaym"dan Kərəm Dəmirbayı (32 milyon avro) transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right