"Benfika" "Real"ın futbolçusunu transfer edir

"Benfika" hücumçu transferi reallaşdıracaq.

Newsport.az saytı xəbər verir ki, Lissabon klubu "Real"ın hücumçusu Raul De Tomasın transferini bitirmək üzrədir. Portuqaliya təmsilçisi bu keçid üçün madridlilərə 20 milyon avro təzminat ödəyəcək.

Raul ötən mövsüm icarə əsasında "Rayo Valyekano"da çıxış edib. 22 yaşlı forvard 33 oyuna 14 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right