Çempionlar Liqasının 3 qat qalibinə yaxın duran yoxdu

"Real" yolları ayırmağa qərar verdiyi Keylor Navas üçün heç bir təklif almayıb.

Newsport.az saytı xəbər verir kibu barədə AS nəşri yazıb. Bildirilir ki, kosta-rikalı qolkiperin agenti yeni klub axtarışlarını davam etdirir. Lakin 32 yaşlı qapıçıya iddialı klublardan maraq yoxdu.

Navas illik ən azı 9 milyon avro maaş almağa ümid edir. "Real" isə 32 yaşlı qapıçının transferindən 10 milyon avro qazanmağı planlaşdırır.

Navasın Madrid klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm 21 oyunda meydana çıxıb. 2014-cü ildən "Real"da çıxış edən Navas 3 dəfə Çempionlar Liqası, 1 dəfə La Liqa, 2 dəfə UEFA Super Kuboku, 1 dəfə İspaniya Super Kuboku, 4 dəfə isə klublararası dünya çempionatının qalibi adını qazanıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right