"Fənərbaxça" Əmrə ilə razılığa gəldi

"Başakşəhər"lə müqaviləsi başa çatan Əmrə Bəlözoğlu "Fənərbaxça"ya qayıtmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, bu gün İstanbul klubunun prezidenti Ali Koç Türkiyə millisinin üzvü ilə görüşüb və tərəflər arasında razılıq əldə olunub. 38 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı və bu transferin elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right