Superkubokun vaxtı müəyyənləşdi

Türkiyənin “Qalatasaray” və “Akhisarspor” klubları arasında keçiriləcək superkubok oyununun vaxtı və yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qarşılaşmanın bu ilin avqust ayının 7-də keçirilməsinə qərar verib. Görüş “Ankara Eryaman” stadionunda təşkil olunacaq və yerli vaxtla 20:45-də başlayacaq.

Xatırladaq ki, “Qalatasaray” 2018/19 mövsümündə həm Superliqanın, həm də ölkə kubokunun qalibi olub. “Akhisarspor” isə Türkiyə kubokunun finalçısı kimi superkubok matçında mübarizə aparmaq hüququ qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right