Robert Prosineçki ayrılığı təsdiqlədi

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın hücumçusu Edin Cekonun "Roma"dan ayrılacağını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 33 yaşlı hücumçunun İtaliyanın başqa klubuna keçəcəyini deyib:

 

"Cekoyla söhbət etdim. "Roma"dan ayrılacağını və başqa İtaliya klubuna keçəcəyini dedi".

 

İtaliya mətbuatı bosniyalı forvardın "İnter"lə anlaşdığını yazıb.

 

"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. O, "canavarlar"da 179 oyuna 87 qol vurub, 38 assist edib.

 

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right