Mbappe Messi və Ronaldonu geridə qoydu

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən bahalı futbolçuların yeni siyahısını təqdim edib.

Newsport.az-ın məlumatına görə, ən dəyərli oyunçu PSJ-nin 20 yaşlı forvardı Kilian Mbappedir. O, 252 milyon avro kimi qiymətləndirilir. "Liverpul"lu Məhəmməd Salah 2-ci (219,6 milyon avro), "Mançester Siti"li Rahim Sterlinq isə 3-cüdür (207,8 milyon avro).

167,4 milyon avro olaraq dəyərləndirilən Lionel Messi ("Barselona") 4-cü yerdə qərarlaşıb. İlk "5-liy"i Dortmund "Borussiya"sının ingilis futbolçusu Ceydon Sanço qapayır. Onun dəyəri 169,4 milyon avrodu.

"Yuventus"un ulduzu Kriştiano Ronaldo isə 20-ci pillədədir. Onun  dəyəri 118,1 milyon avrodr.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right