Antuan Qrizmannın yeni klubu bəlli oldu

Fransa millisinin və "Atletiko"nun hücumçusu Antuan Qrizmannın növbəti mövsüm çıxış edəcəyi klub bəlli olub.

Newsport.az-ın məlumatına görə, Madrid klubunun CEO-su Migel Anxel Gil Marin 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib:

"Qrizmannın martdan bəri hansı klubda çıxış edəcəyi məlum idi. "Barselona" ilə anlaşmışdı. Qrizmann növbəti mövsüm "Barselona"da çıxış edəcək".

"Barselona" bu keçid üçün fransalı futbolçunun 120 milyon avroluq sərbəst qalma qiymətini ödəyəcək.

Qrizmann ötən mövsüm 48 oyuna 21 qol vurub, 10 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right