Sarri "Yuventus"a mümkün keçidi barədə: "Mən satqın deyiləm"

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Yuventus"a mümkün keçidi barədə danışıb.

Newsport.az-ın məlumatına görədaha əvvəl "Napoli"ni çalışdıran mütəxəssis Turin klubuna gedəcəyi təqdirdə bunun satqınlıq olmayacağını söyləyib:

"Mən satqın deyiləm. Satqın geri çəkiləndi. Satqın kollektiv və şəxsi uğurlar arasında ikincini seçəndi. Mənimçün futbolçuların belinə nə yazıldığı önəmli deyil, formanın üzərindəki klub loqosuna baxmağı seçirəm. Hətta bir çox futbolçu "Milan"dan "İnter"ə keçib. Əlbəttə, birbaşa olmasa daha yaxşıdı, ancaq keryera boyu belə şeylər mümkündü" - deyə, 60 yaşlı mütəxəssis bildirib.

İtaliya mətbuatı "Çelsi"nin Sarrini "Yuventus"a buraxmaq qarşılığlnda 6 milyon avro istədiyini yazıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right