Buffon üçün sürpriz transfer iddiası

PSJ-dən ayrılan italiyalı qapıçı Canluici Buffonla bağlı sürpriz iddia yayılıb.

 

Newsport.az "Sky Iitalia"ya istinadən xəbər verir ki, 41 yaşlı qapıçısı "Barselona" heyətinə qatmaq istəyir. Hollandiyalı Yasper Sillessenlə yolları ayıracaq kataloniyalılar Buffonu ehtiyat qapıçı kimi almaq fikrindədir.

 

Çindən aldığı təklifi rədd edən təcrübəli qolkiperin İspaniya nəhənginə keçməyə müsbət baxdığı iddia olunur.

 

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,8 milyon avroya transfer olmuşdu. İtaliya millisinin sabiq üzvü 17 mövsüm klubda çıxış etdikdən sonra ötən yay PSJ-yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right