"Mançester Yunayted"dən Lukaku - İkardi dəyişikliyinə rədd cavabı

"Mançester Yunayted" Romelu Lukakunu transfer etmək istəyən İtaliyanın "İnter" klubuna müsbət cavab verməyib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Milan təmsilçisinin Lukakunun keçidi üçün 35 milyon avro və İvan Perişiç təklifindən imtina edib.

"İnter"in ikinci təklifi Romelu Lukaku ilə Mauro İkardini dəyişmək olub. Ancaq "Mançester Yunayted" yenə rədd cavabı verib və 90 milyon avro tələb etdiyini bildirib.

Lukaku ötən mövsüm 45 oyuna 15 qol vurub, 4 assist edib. İkardi isə 37 oyuna 17 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right