Buffonun əvəzinə Keylor Navas

Fransanın PSJ klubu komandadan ayrılan Canluici Buffonun əvəzinə qapıçı axtarışlarına başlayıb.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi "Real"ın qapıçısı Keylor Navası heyətinə qatmaq istəyir. Paytaxt klubu Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın gələcək planlarında olmayan qolkiper üçün təklif göndərməyə qərar verib.

Kosta-rikalı qapıçının "Real"la 2022-ci ilə qədər müqaviləsi var. 32 yaşlı əlcək sahibi ötən mövsüm 21 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right