"Azərbaycanla oyun daha çətin olacaq"

Macarıstan yığmasının yarımmüdafiəçisi Mate Patkai AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Bakıda Azərbaycan millisinə qarşı keçiricəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu yerli federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib: “Bu hazırlıq bizim üçün çox vacibdir. Çünki qarşıdakı 2 oyun arasında cəmi bir məşqimiz olacaq. Ona görə də ötən həftədən təkcə Azərbaycan yox, həm də Uelslə matça hazırlaşırıq. Hər iki komandaya qarşı ciddi hazırlaşmalıyıq. Uels yüksək səviyyəli komandadır. Amma Azərbaycanla oyun daha çətin olacaq. Çünki yaxşı rəqibə qarşı oynayacağıq. Təzyiq altında olacağıq və bu, bizə mənfi təsir göstərə bilər”.

 

Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək Macarıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə 20:00-da start veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right