"Atletiko" Qrizmannın alternativini tapdı

İspaniyanın "Atletiko" klubu komandadan ayrılacağını açıqlayan Antuan Qrizmannın əvəzləyicisini tapıb.

Newsport.az-ın məlumatına görə, Madrid klubu "Mançester Yunayted"də gözləntilərin altında qalan Aleksis Sançesi transfer hədəfinə alıb.

Çili millisinin üzvünü İtaliyanın "Yuventus" və "İnter" klubları da transfer etmək istəyir.

Sançesin "qırmızı şeytanlar"la 2022-ci ilə kimi müqaviləsi var. 30 yaşlı hücumçu ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right