Neymar Kopa Amerikada oynamayacaq Braziliya millisində şok itki

Braziliya millisi Kopa Amerika turniri öncəsi ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, Qətərlə yoxlama görüşündə komandanın aparıcı üzvü Neymar zədələnib. 21-ci dəqiqədə sağ ayağından zədələnən futbolçu oyunu davam etdirə bilməyib. O, meydanı tərk etdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

27 yaşlı hücumçunun Kopa Amerika turnirində çıxış etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Kopa Amerika 15 iyun - 7 iyul tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right