Məşhur futbolçunun qəzaya uğradığı maşının görüntüləri FOTOLAR

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında həlak olduğu yerdən videolar yayılıb.

Newsport.az-ın məlumatına görə, İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirən 35 yaşlı sabiq futbolçunun maşını yayımlanıb.

Xose Antonio Reyes karyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib. O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı.

 

.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right