"Real"ın yeni 7 nömrəsi

"Çelsi"nin futbolçusu Eden Hazard "Real"a keçidə yaxındır.

Newsport.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçinin Madrid klubunda geyinəcəyi forma nömrəsi də artıq məlumdur.

İddia olunur ki, 28 yaşlı futbolçu yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək. Bu nömrəli formanı son olaraq ötən yay "Real"dan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo geyinib.

Qeyd edək ki, Hazardın "Real"a keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right