"Çelsi" Sarrini "Yuventus"a buraxmağa razıdır

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Yuventus"a keçə bilər.

Newsport.az-ın məlumatına görə, Lonton təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssisi Turin klubuna buraxmağa razıdır. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcəyi gözlənilir. 60 yaşlı mütəxəsis İtaliyaya qayıtmaq istəyir.

"Çelsi" Maurisio Sarrinin rəhbərliyi altında Premyer Liqada 3-cü olub və Avropa Liqasını qazanıb. O, İtaliyada son olaraq "Napoli"ni çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right