Türkiyə millisində Cenk Tosun şoku

Avropa çempionatının seçmə mərhələsində Fransa və İslandiya ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, "Everton"un hücumçusu Cenk Tosun sıradan çıxıb. 28 yaşlı futbolçu Yunanıstanla keçirilən yoldaşlıq oyununda zədələnib. O, 1 ay yaşıl meydanlardan kənar qalacaq.

Cenk Tosun AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçlarda iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right