Məşhur futbolçu avtomobil qəzasında öldü

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı sabiq futbolçu İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirib. 

Xose Antonio Reyes kariyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib.

O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right