Eden Hazard "Çelsi"dən ayrıldığını açıqladı

"Çelsi"nin futbolçusu Eden Hazard klubdan ayrıldığını təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, belçikalı futbolçu Bakıda keçirilən Avropa Liqasının finalından sonra açıqlamasında komandadan getdiyini deyib. "Arsenal"la oyunda dubl edən 29 yaşlı yarımmüdafiəçi yeni vida matçının gözəl alındığını söyləyib:

"Premyer Liqada oynamaq xəyalım idi. Bu xəyalımı ölkənin ən böyük klublarından birində oynayaraq, reallaşdırdım. Düşünürəm ki, bu, vida görüşüm idi. 7 il dünyanın ən yaxşı klublarından birində oynadım. Artıq yeni macəranın vaxtı gəlib".

Eden Hazard karyerasını İspaniyanın "Real" klubunda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right