"Qarabağ" və "Neftçi"nin sabiq futbolçuları Türkiyədə nə ilə fərqləndi?

Türkiyə Super Liqasında 2018/19 mövsümü başa çatıb.

Newsport.az-ın məlumatına görə, "SporX" nəşrində azarkeşlərin səsverməsindən sonra mövsümün ən yaxşı, sürpriz və uğursuz 11-likləri tərtib edilib.

Ucuz qiymətə və pulsuz transfer edilən, ancaq sərgilədiyi performansla diqqərləri çəkən 11-likdə Azərbaycanda çıxış etmiş iki futbolçu yer alıb. "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak heyətdə yer alıblar.

Melnyak "Rizəspor"da, Şehiç "Ərzurumspor"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right