Florentino Peresdən transfer açıqlaması

İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres "Onda Cero"da yayımlanan "El Transistor" proqramında Madrid klubunun transfer planlarından danışıb.

Newsport.az-ın məlumatına görə, klub rəhbəri "Çelsi"dən Eden Hazardı transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildirib:

"Bir neçə ildir ki, Hazardı transfer etməyə çalışırıq, ancaq hələ bunu bacarmamışıq. Final oynayacaq klubla hazırda necə transfer görüşməsi reallaşdıra bilərik?"

Peres "Mbappe və Neymarı transfer etmək istəyirsiniz" sualına belə cavab verib:

"Mbappe və Neymar transferi ilə bağlı baş məşqçi Zinəddin Zidanla danışmadım. Ötən il onları istəmədiyimiz söyləmək məcburiyyətində qalmışdım. Eynisini yenidən təkrar edirəm. Əgər yeni qərar alsaq, klubları ilə görüşərik".

Klub prezidenti ötən yay "Yuventus"a transfer olan komandanın sabiq futbolçusu Kriştiano Ronaldo ilə bağlı bunları söyləyib: 

"Real"da 9 il ərzində heç bir problem yaratmadı. Hesab edirəm ki, "Real"a transfer etdiyim ən yaxşı futbolçudur. Ronaldo ilə hər zaman yaxşı münasibətim olub. Fikir ayrılığımız olmayıb, pul məsələsində problem yaşanmayıb. Vergi borcundan da bəhs etməmişik. "Yuventus"a keçəndən sonra əlaqəmiz varmı? Şəxsi əlaqələrdən danışmaq istəmirəm".

Florentino Peres Serxio Ramosun komandadan ayrılacağı barədə yayılan xəbərlərdən danışıb:

"Ramos ofisimə gəldi və Çindən çox yüksək təklif aldığını, ancaq azad agent statusu ilə gedə biləcəyini dedi. Ona bunun olmayacağını dedim. Kapitanın pulsuz şəkildə tərk etməsinə şərait yaratmağımız mümkün deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right