Balotelli "Marsel"dən ayrıldı

"Marsel"in futbolçusu Mario Balotelli komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, italiyalı hücumçu bu barədə İnstagram səhifəsində paylaşıb edib. O, klub və azarkeşlərlə vidalaşıb:

"Bu möhtəşəm 5 aya görə hamıya sağ ol deyirəm. İstəyimizə nail olmasaq belə, klub rəhbərliyinə, məşqçilərə təşəkkür edirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, bu ilin yanvarından "Marsel"də çıxış edən 28 yaşlı forvard 15 oyuna 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right