Fransalı "Fənərbaxça"dan ayrıldı

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Matyu Valbuena komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bunu fransalı yarımmüdafiəçi şəxsi Tvitter səhifəsində paylaşıb.

“Bu klubda macəram sona çatdı. Gözəl ailənin bir hissəsi oldum. İstanbul həmişə mənim üçün sarı-mavi olacaq. Hər kəsə təşəkkür” - deyə o qeyd edib.


Fransa millisinin sabiq üzvü 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi.

Qeyd edək ki, Valbuena karyerasını Yunanıstanın "Olimpiakos" klubunda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right