"İnter"in Romelu Lukaku üçün hazırladığı təklif

"Mançester Yunayted"in Çempionlar Liqasına vəsiqə qazanmamasından sonra ayrılmağa qərar verən belçikalı futbolçu Romelu Lukaku ilə "İnter" maraqlanır.

Newsport.az-ın məlumatına görə, Milan klubu bu keçid üçün "qırmızı şeytanlar"a 35 milyon avro və xorvatiyalı vingeri İvan Perişiçi təklif etməyə qərar verib.

Xəbərdə "Mançeter Yunayted"in Lukakunu transfer etmək istəyən klublardan 60 milyon avro tələb etdiyi vurğulanıb. Lakin bu təklif də Premyer Liqa klubunu qane edə bilər.

Lukaku başa çatan mövsüm 45 oyuna 15 qol vurub, 4 assist edib. Perişiç isə 44 oyuna 9 qol vurub, 8 dəfə isə məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right