Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq baş verib.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü Olcay Şahan klubla başa çatan müqaviləsini uzatmayıb. 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "bordo-mavililər"lə vidalaşıb.

Olcay 2016/17 mövsümünün qış fasiləsində "Beşiktaş"dan "Trabzonspor"a keçmişdi. O, komandada 71 oyuna 8 qol vurub, 19 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right