"Düşünürdük, Koutinyo İnyestanı əvəz edəcək"

2018-ci ilin qışında 130 milyon funt-sterlinqə "Liverpul"dan "Barselona"ya transfer edilən Filippe Koutinyo gözlənilən oyunu göstərə bilmir.

Newsport.az-ın məlumatına görə, İspaniya mediası, "blauqrana" tərəfdarlarında bu futbolçudan gözləntilərin tam alınmaması fikirləri çoxdur. 

Onun keçidində təşəbbüskar olan "Barselona"nın keçmiş idman direktoru Roberto Fernandes "Esports Core"a açıqlamasında mövzuya belə münasibət bildirib:  "Heç kim onun futbolçu keyfiyyətlərinə şübhə edə bilməz. Ancaq indi arzulanan futbolu sərgiləyə bilməməsinə, hücum futbolunda rolunun az olmasına görə  şikayətlərə qarşı da nəsə demək olmur. Biz onu hücumçu kimi gətirməmişdik. Düşünürdük ki, Koutinyo İnyestanı əvəz edəcək".

Fernandes 2015-2018-ci illərdə Kataloniya təmsilçisində çalışıb, daha sonra onu Erik Abidal əvəzləyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right