Xames "Real"a dönmək istəmir

Müqavilə ilə Madrid "Real"ına məxsus olan və iki mövsümdür ki, karyerasını "Bavariya"da davam etdirən kolumbiyalı futbolçu Xames Rodriqes gələcəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqa klubunda davam etdirmək istədiyini deyib: "Karyeramı hansı klubda davam etdirəcəyimi bilmirəm. "Bavariya"da xoşbəxt olduğumu deyə bilərəm. Burada qalmaq istəyirəm. Növbəti həftə nələr olacağını görəcəyik".

"Real" Kolumbiya millisinin üzvünü 2014-cü ildə "Monako"dan 80 milyon avroya transfer etmişdi. Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın Rodriqesi planlarında görmədiyi iddia edilir.

Qeyd edək ki, Xames başa çatan mövsüm Bundesliqada 28 oyuna 7 qol vurub, 6 assist edib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right