Almaniya klubu Azərbaycan millisinin üzvü ilə müqaviləni uzatdı

21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier II Bundesliqa təmsilçisi "Bohum"la müqaviləsini uzadıb.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

Barış başa çatan mövsüm II Bundesliqada bir oyun keçirib. Gənc futbolçu ötən ilin dekabrında ürək əməliyyatı keçirmiş və mövsümü erkən tamamlamışdı. Milli üzvü bir müddətdir ki, məşqləri bərpa edib.

Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right