Messi altıncı dəfə "Qızıl buts"un sahibi oldu

Avropada "Qızıl buts"un qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Barselona"nın hücumçusu Lionel Messi bu mükafata sahib çıxıb.

31 yaşlı hücumçu Avropa çempionatlarında cari mövsümün ən yaxşı bombardiri olub. Argentinalı ulduz futbolçu 2018/2019 mövsümündə La Liqada 36 qol vurub. O, ən yaxın izləyicisi olan Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni üç top geridə qoyub.

Messi karyerası ərzində altıncı dəfə "Qızıl buts"ı qazanıb. O, daha öncə 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18 mövsümlərində bu mükafata yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right