FIFA DÇ-2022 üçün komanda sayını açıqladı

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının sayı 32-dən 48 yığmaya qədər artırılmayacaq.

Newsport.az xəbər verir ki, FIFA çempionat iştirakçılarının sayını artırmamaqla yanaşı, turnirin bir neçə matçının Qətərdən kənarda keçirilməsi ideyasından da imtina edib.

Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabrında Doha, Lusail, Əl-Vakr, Əl-Xor, Ər-Rayyan, Umm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah