Portuqaliyada çempion müəyyənləşdi

Portuqaliya Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, sonuncu - 34-cü turda evdə "Santa Klara"nı 2:1 hesabı ilə məğlub edən "Benfika" xallarını 87-yə çatdırıb və çempion olub.

Lissabon təmsilçisi ən yaxın izləyicisi "Portu"nu 2 xal qabaqlayıb.

"Benfika" tarixi ərzində 37-ci çempionluğunu qazanıb və Portuqaliyada rekord göstəricidir.

"Benfika" Portuqaliyanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. "Portu" isə ÇL-in təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Sportinq", "Braqa" və "Vitoriya" klubları Avropa Liqasında çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right