"Mançester Siti" daha bir titul qazandı

İngiltərə Federasiya kubokunda final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, “Uembli”də baş tutan həlledici oyununda “Mançester Siti” “Uotford”u 6:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

"Şəhərlilər" 6-cı dəfə FA kubokunu qazanıb. Mançester təmsilçisi sonuncu dəfə 2010/11 mövsümündə bu yarışın qalibi olub.

Pep Qvardiolanın komandası cari mövsüm İngiltərə Liqa kubokunu və Premyer Liqasını da qazanıb.

"Mançester Siti" - "Uotford" - 6:0
Qollar:
David Silva, 26, Rahim Sterlinq, 38, 81, 87, Kevin de Brüyne, 61, Qabriel Jezus, 68

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right