“Roma” yeni baş məşqçisi ilə razılığa gəldi

Mövsümün sonunda Klauido Ranyeri ilə yollarını ayıracaq İtaliyanın “Roma” klubu yeni baş məşqçisini müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi hazırda “Atalanta”nı çalışdıran Canpyero Qasperini ilə razılığa gəlib. 

“Football Italia”nın iddiasına görə, 61 yaşlı mütəxəssislə danışıqlar uğurla nəticələnib. O, “canavarlar”la 3 illik müqaviləyə imza atacaq. Yeni baş məşqçi ilinə 2,5 milyon avro qazanacaq, amma əlavə bonuslar da olacaq.

Məlumatda o da bildirilir ki, romalıların Qasperini ilə danışıqlarında “Torino”nun idman direktoru Canluka Petraki də iştirak edib. Məsələ burasındadı ki, 50 yaşlı bu mütəxəssisin də yeni mövsümdən “Roma”da çalışacağı iddia olunur.

Sonda onu da bildirək ki, hazırda “Roma” İtaliya A Seriyasında 62 xalla 6-cı pillədə qərarlaşıb. “Atalanta” isə 65 xalla 4-cü pillədədi və sona iki tura qalmış UEFA Çempionlar Liqasına vəsiqəyə daha çox yaxındı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right