TFF prezidentliyinə ilk namizəd bəlli oldu

Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə ilk namizəd müəyyənləşib.

Newsport.az xəbər verir ki, bir müddət əvvəl vəzifəsindən istefa verən Yıldırım Dəmirörənin gedişindən sonra bu post boş qalıb. Yeni prezidentin kimliyinə iyunun 1-də Ankarada keçiriləcək seçkidə aydınlıq gələcək.

Artıq ilk namizəd də məlumdu. Hazırda federasiyanın vitse-prezidenti kimi çalışan Nihat Özdəmir prezidentliyə namizədliyini irəli sürüb. 

Qeyd edək ki, 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa verib. Bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right