Yoviçin “Real”a transferinin detalları bəlli oldu

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun hücumçusu Luka Yoviçin Madrid “Real”ına transfer olunacağına dair ehtimallar gündən-günə daha da artır.

Newsport.az xəbər verir ki, “Sky sports” artıq bu transferin detallarını və dəqiq vaxtını da açıqlayıb.

Nəşrin yazdığına görə, İspaniya nəhəngi serbiyalı futbolçunun keçidinə görə, Frankfurt təmsilçisinə 52,4 milyon avro təzminat ödəyəcək.

21 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atacaq. O, yeni klubunda ilinə 8,7 milyon avro qazanacaq.

“Ayntraxt” mayın 18-də Almaniya Bundesliqası çərçivəsində cari mövsümdəki sonuncu oyununu keçirəcək. Bu transferin də məhz həmin oyundan sonra rəsmiləşəcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right