Belçikada çempion bəlli oldu

Futbol üzrə Belçika çempionatının yeni qalibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, “Anderlext”lə səfər oyununda 1:1 hesablı heç-heçəyə razılaşan “Genk” sona bir tur qalmış ölkə çempionu olub. 51 xala malik bu komandanın ən yaxın izləyicisi “Brügge”nin 47 xalı var. “Standard”la “Royal Antverpen” isə 39 xalla 3-4-cü yerləri bölüşürlər.

“Genk” tarixində 4-cü dəfə Belçika çempionu olur. Bu komanda daha öncə 1998/99, 2001/02 və 2010/11 mövsümlərində qızıl medal əldə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right