"Bavariya" "Mançester Siti" ilə danışıqlara başladı Saneni transfer etmək üçün

Aryen Robben və Frank Riberi ilə yollarını ayıracaq Almaniyanın "Bavariya" klubu boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

Newsport.az "Daily Record"a istinadən xəbər verir ki, Münhen klubu "Mançester Siti"dən futbolçusu Leroy Sanenin agenti ilə görüşmək üçün icazə istəyib və müsbət cavab alıb. Son oyunlar "şəhərlilər"də əsas heyətə düşməkdə çətinlik çəkən almaniyalı vingerin "Bavariya"ya getmək istədiyi iddia edilib. 

"Mançester Siti" 23 yaşlı futbolçunu 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm 46 oyuna 16 qol vurub, 18 assist edib.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right