“Roma” “Yuventus”u məğlub yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bazar günü beş qarşılaşma baş tutub. 

Beş qolun qeydə alındığı “Torino” – “Sassuolo” matçında meydan sahibləri qələbə qazanıblar. “Frozinone” evdə “Udineze”yə, “Sampdoriya” “Empoli”yə, SPAL isə “Napoli”yə uduzub.

36-cı turun mərkəzi görüşündə “Yuventus” səfərdə “Roma”nın qonağı olub. Meydan sahibləri bu qarşılaşmada inamlı qələbəyə seviniblər.

İtaliya A Seriyası
36-cı tur

11 may

Atalanta – Cenoa 2:1
Qol: Barrov, 46. Kastanye, 53 – Pandev, 89.

Kalyari – Latsio 1:2
Qol: Pavoletti, 90 – L.Alberto, 31. Korrea, 53.

Fiorentina – Milan 0:1
Qol: H.Çalhanoğlu, 35.

12 may

Torino – Sassuolo 3:2
Qol: Belotti, 56; 82. Zaza, 81 – Burabia, 27. Lirola, 71.

Frozinone – Udineze 1:3
Qol: Dionisi, 85 – Okaka, 11; 44. Samir, 41.

Sampdoriya – Empoli 1:2
Qol: Kvalyarella, 90-pen – Farias, 56. Di Lorenso, 75.

SPAL – Napoli 1:2
Qol: Petanya, 84-pen – Allan, 49. M.Rui, 88.

Roma – Yuventus 2:0
Qol: Florensi, 79. Dzeko, 90+2.

13 may

21:00 Bolonya – Parma
23:00 İnter – Kyevo





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right