“Barselona”dan qələbə, “Real”dan məğlubiyyət

Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, turun bütün görüşləri eyni gün və eyni saatda baş tutub.

Çempion “Barselona” “Xetafe”ni qəbul edib və inamlı qələbəyə sevinib. 

“Real” isə çətin “Real Sosyedad” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı qarşılaşma Madrid təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Turun mərkəzi görüşündə “Atletiko” “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

İspaniya La Liqası
37-ci tur

12 may

Barselona – Xetafe 2:0
Qol: Vidal, 39. Dakonam, 89-öz qapısına.

Real Sosyedad – Real 3:1
Qol: Merino, 26. Zaldua, 57. Barrenetxea, 67 – B.Dias, 6.

Atletiko – Sevilya 1:1
Qol: Koke, 30 – Sarabia, 70. 

Atletik – Selta 3:1
Qol: R.Qarsiya, 16-pen; 17. İ.Uilyams, 40 – Aspas, 89-pen.

Betis – Hueska 2:1
Qol: Xoakin, 22; 90 – Anor, 55-pen.

Jirona – Levante 1:2
Qol: Stuani, 60 – Morales, 62. Bardi, 86.

Leqanes – Espanyol 0:2
Qol: B.İqlesias, 35; 71-pen.

Rayo Valyekano – Valyadolid 1:2
Qol: Medran, 73 – E.Ünal, 6-pen. Qvardiola, 80.

Valensiya – Alaves 3:1
Qol: Soler, 29. Mina, 34. Qameyro, 68 – Navarro, 12.

Vilyarreal – Eybar 1:0
Qol: Ekambi, 59.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right