UEFA prezidenti Bakıdakı finaldan danışdı

UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqası və Avropa Liqasının yarımfinal oyunlarından sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, qurumun saytına danışan sloveniyalı Avropa Liqasının finalında “Çelsi” və “Arsenal”ın qarşılaşmasını böyük hadisə sayıb.  

O bildirib ki, bu oyun iki klubun azarkeşləri üçün deyil azərbaycanlı fanatlar üçün də bayramdır: “Bakıda London derbisinin olması möhtəşəm oyundan xəbər verir. Bu təkcə iki klubun azarkeşləri üçün deyil azərbaycanlı tərəfdarlar üçün də əla olacaq”.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” finalı mayın 29-da Bakı Olimpiya Sadionunda baş tutacaq.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right