Salah son turda oynayacaq?

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının sonuncu turunda "Vulverhempton"la matçda oynaya biləcək.

Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Nyukasl"la görüşdə rəqib futbolçu ilə toqquşmadan sonra beyni silkələnən misirli hücumçu tam bərpa olunub. Həkimlər bir neçə gündür nəzarət etdikləri 26 yaşlı futbolçunun oynamağına icazə veriblər. Onun mayın 12-i keçiriləcək "Vulverhempton"la görüşə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Salah  Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab oyununu buraxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right