"Real" Asensionu satmaqdan imtina etdi

İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Marko Asensio üçün gələn transfer təkliflərini rədd edib.

Newsport.az-ın məlumatına görə, "kral klubu" Asensio üçün İtaliyanın "Yuventus" və "İnter" klublarının 100 milyon avrodan yuxarı məbləğdə olan transfer təkliflərini qəbul etməyib. Baş məşqçi Zinəddin Zidan 23 yaşlı yarımmüdafiəçini gələcək planlarına daxil etdiyi üçün Madrid klubu ispaniyalı futbolçunu satmaq fikrində deyil.

Qeyd edək ki, İspaniya millisinin cari mövsüm 42 oyuna 6 qol vurub, 7 assist edib. Onun sərbəst qalmaq qiyməti 700 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right