"Komandada qalsam, heyətdə ciddi dəyişikliklər olacaq" - Tərlan Əhmədov

"Belə oyundan sonra deməyə söz tapmaq olmur, düşünürəm ki, qırmızı vərəqə almağımız oyunda sınma nöqtəsi oldu, ilk hissədə azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu".

Newsport.az-ın məlumatına görə, "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

O, komandasından daha yaxşı oyun gözləsə də, bunu görmədiyini bildirib: "Oyuna yaxşı hazırlaşmışdıq, amma qırmızı vərəqə almağımız oyunumuza pis təsir etdi. İlk hissədə hesabı bərabərləşdirdik. Fasilədə komandaya göstərişlər verildi, ümidimiz var idi, amma yenə də 2-ci hissədə məğlub olduq. Komandada 2-ci hissədə nələrin baş verdiyi özümüzə də maraqlıdır".

Əhmədov növbəti mövsümdə klubda qalsa, heyətdə ciddi dəyişikliklər olacağını qeyd edib: "Məni komandaya müşahidə şurasının sədri Zaur Axundov dəvət edib və son sözü o deyəcək. Hələ ki, sona 1 tur var. Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right