“Liverpul”da ciddi itki “Barselona” ilə oyunu buraxır

Çempionlar Liqasının yarımfinalının cavab matçında “Barselona” ilə qarşılaşacaq “Liverpul” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, hücumçu Roberto Firmino zədə səbəbindən bu vacib görüşü buraxacaq. Bunu komandanın baş məəşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında deyib. O, braziliyalı forvardın əzələsi dartıldığını bildirib. 

Qeyd edək ki, mayın 7-də keçiriləcək “Liverpul” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandaların “Nou Kamp”da görüşü Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right