Şotlandiyada çempion bəlli olub

Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Seltik" sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

Qlazqo klubu 36-cı turda səfərdə "Aberdin"i 3 cavabsız qolla məğlub etməklə buna nail olub. Hazırda 84 xalı olan "Seltik" ən yaxın izləyicisi "Reyncers"i 12 xal qabaqlayır.

Bu, "Seltik"in 50-ci çempionluğu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right