"Real" Serbiya millisinin üzvüylə anlaşdı

"Real" Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Luka Yoviçlə anlaşıb.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun transferi Madrid klubuna 60 milyon avroya başa gəlib. Serbiya millisinin üzvüylə 6 illik müqavilə imzalanıb.

Portuqaliyanın "Benfika" klubu Yoviçin transferindən 12 milyon avro yetişdirmə haqqı alacaq.

Gənc futbolçu bu mövsüm Frankfurt klubunda 44 oyuna 26 qol vurub, 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right